Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güclü iqtisadiyyat güclü dövlət deməkdir

0

  •     N Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Tarixə nəzər salsaq görərik ki, görkəmli şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görülüb. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Azərbaycan daim Heydər Əliyevin diqqət mərkəzində idi. İqtisadiyyatın inkişafı Azərbaycanı digər SSRİ ölkələrindən fərqləndirirdi.Heydər Əliyevin fəaliyyəti sahəsində Azərbaycanda sənaye instrukturu dəyişdi. Azərbaycanın bütün sahələri ilə yanaşı sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu. Bu dövlətlərdə iqtisadi inkişafı sürətləndirmək üçün Heydər Əliyev Azərbaycanın bir çox bölgələrində bu sahədə bir çox işlər gördü. O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, həmçinin kənd təsərrüfatında da, özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusiləfərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Bununla yanaşı, Heydər Əliyev neft və qaz sahəsinin inkişfı üçün bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. Neft maşınqayırma sahəsi üzrə məhsulların 70-80 faizini Sabunçu rayonunun müəssisələri istehsal edirdi. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində beş zavodda köhnə avadanlıq yenisi ilə əvəz olundu, “Bakı fəhləsi” zavodu yenidən quruldu.Bakı, Sabunçu və Zabrat maşınqayırma zavodları, “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsi yenidən təkmilləşdirildi, 70-ci illərdə neft sənayesinin inkişafındda yeni bir dövr başlandı. Bir sözlə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da ortalığa bir çox problemlər də çıxdı. Müstəqilliyin ilk illəri Azərbaycan iqtisadiyyatı üçün xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ulu Öndər bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayıb.Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi. Heydər Əliyevin apardığı bu siyasət bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı.       Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi.         1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi.Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu bilinəndən sonra, 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu.       Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi. Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı.Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalayıb. XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə2006-cı il mayın 25-də Səngəçal terminalında təntənəli mərasim keçirildi. Bu lahiyənin uğuru Azərbaycanın xarici ticarətinə, Azərbaycana qoyulan xarici kapitalın artmasına gətirib çıxardı.Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı.Ulu öndərin islahatları ilə Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verdi.      Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru əvvəlki illərə nisbətən inkişaf etməyə başladı. Azərbaycan da yoxsulluğun azaldılması və əhalinin yaxşı səviyyədə yaşaması üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramını (2003-2005-ci illər) qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı. İşsizlərin sayı azaldı. Əmək haqqları və pensiyalar qaldırıldı. Bu da əhalinin yaşam tərzini yaxşılaşdırdı. Heydər Əliyev Azərbaycanı belə çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün qüvvəsini sərf etdi. Heydər Əliyev qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı.Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.Araz Nəcəfov,Xocalı rayon Cəmilli kənd orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib50 dəfə
    Güclü iqtisadiyyat güclü dövlət deməkdir

    Maraqlı gələ bilər
    33
    48
    43
    58
    42
    55